Sabah dünya ölkələrində bir sıra derbi oyunları baş tutacaq. Fanat.az xəbər verir ki, azərbaycanlı futbolsevərlərin maraqla izlədiyi Türkiyə Super Liqasında İstanbulun iki nəhəng klubu - "Beşiktaş" və "Qalatasaray" üz-üzə gələcək.
Rusiyada tamaşaçılar Moskva derbisinə - "Spartak" - ÇSKA qarşılaşmasına şahidlik edəcək. Bundan başqa, Roma, Mançester, Buenos Ayres və Belçika derbiləri günə rəng qatacaq.
Həmçinin azarkeşlər İtaliya A Seriyasında çempionluq uğrunda yarışan "Milan" və "Napoli"nin (saat 23.45), Fransada son illərdə transferlərə xərclədikləri böyük pullarla gündəmə gələn PSJ və "Monako"nun (saat 00.00) izləmək imkanı qazanacaq.
14.30 Spartak - ÇSKA (Moskva derbisi)
17.30 Brügge - Anderlext (Belçika derbisi)
18.00 Roma - Latsio (Roma derbisi)
20.00 Mançester Siti - Mançester Yunayted (Mançester derbisi)
21.00 Beşiktaş - Qalatasaray (İstanbul derbisi)
02.15 Argentinos Xuniors - Boka Xuniors (Bunes Ayres derbisi)