Dünya çempionu Şəmkirdə birinci oldu

Dünya çempionu Şəmkirdə birinci oldu
Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” beynəlxalq turniri başa çatıb. Fanat.az xəbər verir ki, bu gün turnirdə sonuncu - IX turun oyunları keçirilib.
Azərbaycan qrossmeysterləri bu dəfə fərqli rəqiblərlə üz-üzə gəliblər. Ötən turda Vişvanatan Ananda məğlub olan Şəhriyar Məmmədyarov ingilis Maykl Adamsla qarşılaşıb. Bu görüşdə tərəflər bərabərliyə nail olub. Rauf Məmmədov isə norveçli dünya çempionu Maqnus Karlsenlə 4 saatlıq mübarizədə güclü rəqibinə məğlub olub.
Turnirin ikinci pilləsində qərarlaşan hindistanlı Vişvanatan Anand isə son turda Fabiano Karuana ilə münasibətlərinə aydınlıq gətirib. Bu oyunda da heç-heçə qeydə alınıb. 
 
Beləliklə, beynəlxalq turnirin qalibi məğlubedilməz Maqnus Karlsen olub. O, 9 görüşün 5-də qalib gəlib, qalan 4 oyunda isə heç-heçə edib. 
 
Shamkir Chess 2015
IX tur
26 aprel
 
Şəhriyar Məmmədyarov ( Azərbaycan, 2754) - Maykl Adams ( İngiltərə, 2746) 0,5:0,5
Fabiano Karuana ( İtaliya, 2802) - Vişvanatan Anand ( Hindistan, 2791) 0,5:0,5
Maqnus Karlsen ( Norveç, 2863) - Rauf Məmmədov ( Azərbaycan, 2651) 1:0
Aniş Giri ( Hollandiya, 2790) - Vladimir Kramnik ( Rusiya, 2783) 0,5:0,5 
Vaşye-Laqrav ( Fransa, 2762) - Uesli So ( ABŞ, 2788) 0,5:0,5 
  
Turnir cədvəli: Karlsen - 7 xal, Anand - 6, So, Karuana -5, Məmmədyarov, Kramnik - 4, Vaşye-Laqrav, Adams, Məmmədov, Qiri  - 3,5 xal.
Fanat.az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər