Bu gün İran çempionatında 2014/15 mövsümünə yekun vurulub. Fanat.az хəbər verir ki, çempionun və digər medalçıların adına son turda aydınlıq gəlib.
"Traktorsazi"nin çempion olmaq imkanı olsa da, bu şansı əldən verib. Son tur ərəfəsində turnir cədvəlinə başçılıq edən Təbriz klubu Tehran "Neft"ini qəbul edib. 67-ci dəqiqəyədək 3:1 hesabı ilə öndə olan "Traktorsazi" erməni futbolçu Andranik Teymuryanın meydandan qovulmasından sonra - son 77-81-ci dəqiqələrdə iki qol vuraraq heç-heçəyə razılaşıb - 3:3. Nəticədə evdə "Saypa"nı 2:0 hesabı ilə yenən "Sepahan" çempion olub. "Traktorsazi" isə mövsümü ikinci pillədə başa vuraraq Asiya Çempionlar Liqasına birbaşa vəsiqə qazanıb.
Milyonlarla soydaşımızın hüquqlarının hər addımda tapdalandığı İranda "Traktorszi"nin çempionluğa yolu da bundan əvvəlki illərdə dəfələrlə kəsilmişdi. Bu gün baş tutan oyuna isə erməni damğa vurdu. 45+1-ci dəqiqədə vurduğu qolla Təbriz klubunu hesabda önə keçirən Andranik Teymuryanın 64-cü dəqiqədə meydandan qovulması həlledici oldu. Məhz bundan sonra iki qol vuran "Neft" "Traktorsazi"ni tariхinin ilk çempionluğundan etdi.
Təbrizin digər təmsilçisi "Qostareş Fulad" səfərdə "Rah Ahan"a 0:1 hesabı yenilərək mövsümü 11-ci pillədə başa vurub.
| 1. | Sepahan | 30 | 17 | 8 | 5 | 46:27 | 59 | |
| 2. | Traktorsazi | 30 | 17 | 7 | 6 | 58:34 | 58 | |
| 3. | Neft Tehran | 30 | 16 | 10 | 4 | 45:28 | 58 | |
| 4. | Zob Ahan | 30 | 14 | 10 | 6 | 46:26 | 52 | |
| 5. | Fulad | 30 | 15 | 7 | 8 | 33:24 | 52 | |
| 6. | İstiqlal | 30 | 13 | 8 | 9 | 40:34 | 47 | |
| 7. | Saypa | 30 | 11 | 8 | 11 | 36:34 | 41 | |
| 8. | Persepolis | 30 | 9 | 9 | 12 | 31:35 | 36 | |
| 9. | Səba Qum | 30 | 8 | 10 | 12 | 25:34 | 34 | |
| 10. | Padideh | 30 | 6 | 15 | 9 | 23:25 | 33 | |
| 11. | Qostareş Fulad | 30 | 6 | 13 | 11 | 30:39 | 31 | |
| 12. | Sorinet | 30 | 8 | 7 | 15 | 27:48 | 31 | |
| 13. | Malavan | 30 | 6 | 12 | 12 | 26:34 | 30 | |
| 14. | İstiqlal Xuzestan | 30 | 4 | 15 | 11 | 35:46 | 27 | |
| 15. | Peykan | 30 | 4 | 14 | 12 | 16:29 | 26 | |
| 16. | Neft Məşhəd | 30 | 3 | 13 | 14 | 19:39 | 22 | |
|
Bombardirlər: | Edinyo (Traktorsazi) - 20. Səyyad Şahbazzadə (İstiqlal), Mehdi Şərifi (Sepahan) - 12. Çimba (Sepahan) - 11. | |||||||
Fanat.az