Dik Advokat getdi

Dik Advokat getdi

Serbiya yığması baş məşqçisiz qalıb. Fanat.az xəbər verir ki, komandanın çalışdırıcısı Dik Advokat istefaya gedib.

Buna səbəb Serbiyanın AVRO-2016-nın seçmə mərhələsində Danimarkaya 1:3 hesablı məğlubiyyəti olub. Keçirdiyi 3 oyunda aktivinə 1 xal yazan komandanın baş məşqçisi istefa verməli olub.

Serbiya Futbol Federasiyası millini müvəqqəti olaraq Radovan Çurciçə tapşırıb. O, komandanı noyabrın 18-də Yunanıstanla yoxlama oyununa çıxaracaq.

Qeyd edək ki, Dik Advokat Serbiya yığmasına bu ildən başçılıq edirdi. O, bu postda Lyubinko Druloviçi əvəzləmişdi. 67 yaşlı holland mütəxəssis bir çox klubla yanaşı, Hollandiya, Rusiya, Belçika və Cənubi Koreya millilərini çalışdırıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər