Dieqo "Xәzәr Lәnkәran"a qayıdır?

Dieqo "Xәzәr Lәnkәran"a qayıdır?
Mövsümlərarası fasilədə komandanın baş məşqçi postunda dəyişiklik edən “Xəzər Lənkəran” aktiv transfer fəaliyyətinə başlayır. Qaynar.info 12cioyuncu.info-ya istinadәn xəbər verir ki, sükan arxasına keçən Yunis Hüseynov komandanın zəif çıxışı səbəbindən ev oyunlarında stadiona gəlməyən azarkeşləri yenidən tribunalara qaytarmaq üçün heyəti səviyyəli yerli və əcnəbi futbolçularla gücləndirmək niyyətini açıqlayıb. 
Onun bu təklifini dəktəkləyən rəhbərlik klubun bütün maliyyə imkanlarını tam olaraq bu istiqamətə yönəltməyə razılıq verib.  Beləliklə ilk olaraq vaxtı ilə “Xəzər Lənkəran”da çıxış etmiş braziliyalı yarımmüdafiəçi Dieqo Souza geri qaytarılır. Onunla birgə daha üç braziliyalı futbolçu “Xəzər Lənkəran”ın yay təlim-məşq toplanışında düşərgəyə qatılacaqlar. Eyni zamanda bir neçə yerli istedadlı futbolçularla da danışıqlar gedir.
Qeyd edək ki, tam adı Dieqo de Souza Qonçalves Qusmao olan futbolçu 2008-ci ildə "Xəzər Lənkaran"a Braziliyanın "Brasilis" klubundan transfer olunmuşdu. 2011-ci iləd ölkəmizdən ayrılan 26 yaşlı yarımmüdafiəçi bundan sonra vətənində "İtapirense", "Moqi Mirim" və "Quarani" klublarının şərəfini qoruyub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər