"Twitter"də oyunlara verdiyi dəqiq proqnozlarla məşhurlaşan Laura Kremasçi sabah baş tutacaq "Roma" - "Latsio" matçına da proqnoz verib. Roma derbisinin 1:1 hesabı ilə başa çatacağını düşünən Laura proqnozunu bədənin maraqlı yerinə yazıb.
Qeyd edək ki, Kremasçi tez-tez oyunlara dəqiq proqnoz verməsi ilə məşhurlaşıb. Məsələn, o, ötən mövsüm Çempionlar Liqasının "Real" - "Qalatasaray" matçının 3:0 hesabı ilə başa çatacağını bildirmişdi. Özü də Laura proqnozları bədənin müxtəlif hissələrinə yazaraq şəkillərini "Twitter"də paylaşır.