Derbidə dava, oyun dayandırıldı

Derbidə dava, oyun dayandırıldı

Bugün Türkiyə Super Liqasının V turunda "Beşiktaş" "Qalatasaray"ı qəbul edib. Fanat.az xəbər verir ki, İstanbul derbisi qalmaqalsız ötüşməyib.

Oyunun ilk hissəsində ev sahibləri Almeydanın qoluna sevinib. İlk hissə "ağ-qaralar"ın minimal hesablı qələbəsi ilə də başa çatıb. İkinci hissədə isə azarkeşlər tam başqa oyunun şahidi olub. Didye Droqba adını tabloya yazdırmağı bacarıb. "Saı-qırmızılı" ulduzun 60 və 72-ci dəqiqədə vurduğu qollar komandasına qələbə qazandırırdı.

Lakin hər şey bununla bitməyib. Qarşılaşmanın 90+3 dəqiqəsində Melonun rəqibi Mottaya qarşı kobud oyunu azarkeşlərin sərt etirazına səbəb olub. Melo qırmızı vərəqə ilə meydandan qovulsa da, bu "Beşiktaş" azarkeşlərini qane etməyib və azarkeşlər stadionun tribunalarını sındıraraq meydana daxil olub. Bu səbəbdən baş hakim Fırat Aydınus final fitindən əvvəl matçı dayandırmağa məcbur olub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər