"Xəzər Lənkəran" - "Bakı" qarşılaşmasından sonra Con Toşak jurnalistlər qarşısına çıxıb. Fanat.az xəbər verir ki, uelsli mütəxəssis ilk qələbədən sonra sevindiklərini dilə gətirib:
“Futbolçularımız sag olsunlar ki, bunu bacardılar. Düşünürəm ki, 2:1 hesabı oyunun ədalətli nəticəsi idi. Lakin qol imkanlarımızı nəzərə alsaq, hesab daha böyük ola bilərdi. Həqiqətən də bizim xeyli sayda qol imkanlarımız oldu. Rəqibin isə qapıçımız Orxan Sadıqlıya ciddi çətinlik yaratdığını xatırlamıram. Həmkarım Milinko Pantiçin komandamızın bərbad oynamasını deməsinə isə inanmıram. Həqiqətən belədirsə, buna yalnız təəssüflənirəm”.
Fanat.az