Con Toşak: "Meydanın hər qarışı üçün döyüşün"

Con Toşak: "Meydanın hər qarışı üçün döyüşün"

Premyer Liqanın VIII turu çərçivəsində sentyabrın 27-də "Fırtınalar meydanı"nda "İnter"i qəbul edəcək "Xəzər Lənkəran" hazırlıqlarını doğma şəhərdə davam etdirir. Fanat.az xəbər verir ki, komanda bu gün iki dəfə məşq edib. 

Saat 10.30-da ehtiyat meydançada səhər məşqinə çıxan "Xəzər Lənkəran" fiziki və taktiki hazırlıq üzrə bir saatdan çox çalışıb. 18.00-da başlayan axşam məşqi isə stadionun əsas meydançasında keçirilib və saatyarımlıq taktiki çalışmalardan ibarət olub. 

Hazırlıq prossesi bitəndən sonra baş məşqçi Con Toşak başına topladığı futbolçularla qısa söhbət edib. Uelsli çalışdırcı "İnter"lə oyunun əhəmiyyətindən danışaraq, "qara zolaq"dan çıxmış komandanın bundan sonra uğurları sırlamağa borclu olduğunu dilə gətirib: "Doğma azarkeşlərimiz önündə yüksək səviyyədə çıxış etməliyik. Artıq geriyə yol yoxdu, uğursuzluqlar arxada qaldı. Bundan sonra ancaq qələbələri sıralamalıyıq. "İnter"lə oyunda qazanılacaq qələbə bizim üçün çox əhəmiyyətlidi. Özünüzə inanaraq, sona qədər meydanın hər qarışı üçün döyüşün və meydanı qalib kimi tərk edin!"

12cioyuncu.info

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər