A Seriyasının III turunda "Yuventus" səfərdə "İnter"in qonağı olub. Fanat.az xəbər verir ki, azarkeşlər maraqlı oyunun şahidi olub.
Matçın ilk hissəsi qolsuz bərabərliklə baça çatsa da, ikinci hissənin sonlarına yaxın böyük həyəcan yaşanıb. Qarşılaşmanın 73-cü dəqiqəsində Mauro İkardi hesabı açsa da, "qoca sinyora" 2 dəqiqə sonra hesabı bərbərləşdirib. Vidal "ağ-qaralar"ı məğlubiyyətdən xilas et və qarşılaşma bu hesabla başa çatdı.
Turun digər oyununda "Napoli" "Atalanta" üzərində 2:0 hesablı qələbə qazanıb. "Milan" isə səfərdə "Torino" ilə sülh bağlayıb - 2:2.
Fanat.az