"Qalatasaray"ın və Türkiyə yığmasının üzvü Burak Yılmaz yeni sevgilisi ilə ilk dəfə görüntülənib. Fanat.az xəbər verir ki, futbolçu psixoloq Zeynep Selvili ilə ötən gecə yeməyə çıxıb.
Olduqca xoşbəxt görünən cütlük paparatsiləri gördükdən sonra bikef olublar. Zeynep Selvili tez üzünü gizlətməyə çalışıb. Burak da paparatsilərdən gizlənib. Cütlük yemək yedikləri restorandan son model "Range Rower"lə ayrılıb.
Qeyd edək ki, Burak və Zeynepin münasibətləri barədə ilk dəfə yayın əvvəlində məlumat yayılmışdı. Lakin onlar xəbərləri israrla təkzib edirdilər. Zeynep Hakan Şükürün qardaşı Gökhan Şükürün keçmiş sevgilisidi.