Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Boks Federasiyasının inzibati binasının və “Qafqaz Baku Sport Hotel”in açılışlarında iştirak ediblər. Fanat.az AzərTAC-a istinadən xəbər verir ki, dövlət başçısı əvvəlcə federasiyanın inzibati binasının rəmzi açılışını bildirən lenti kəsib.
Prezident və xanımı burada yaradılan muzeylə tanış olublar. İlham Əliyev və Mehriban Əliyeva federasiya rəsmiləri, I irinci Avropa Oyunlarında ölkəmizi təmsil edəcək boksçularla görüşüblər.
Sonra xatirə şəkli çəkdirilib.
Daha sonra dövlət başçısı “Qafqaz Baku Sport Hotel”in rəmzi açılışını bildirən lenti kəsib. İlham Əliyev və Mehriban Əliyeva oteldə yaradılan şəraitlə tanış olublar.
Fanat.az