"Biz Bernhard Lippertin işindən razıyıq". Fanat.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Alman mütəxəssis bir müddət əvvəl yığmadan ayrılmaq istədiyini açıqlamışdı. Baş katib Lippertin gələcəyi ilə bağlı açıqlama verib: "Lippert biz qoyduğumuz məqsədə uyğun işləyib. A milli komandaya baxsanız futbolçuların çoxu U-21-dən gəlib. Deməli, bu komanda körpü rolunu oynayır. Fevrala qədər onun komandanın sükanı arxasında qalmasını istəyirik".
Fanat.az