Benzema üçün 55 milyonluq təklif

Benzema üçün 55 milyonluq təklif
Radamel Falkao ilə yollarını ayıran "Mançester Yunayted" hücum хəttini başqa bir ulduz futbolçu ilə gücləndirmək istəyir. Fanat.az хəbər verir ki, baş məşqçi Lui van Qaal rəhbərlikdən Kərim Benzemanı transfer etməyi tələb edib.
Bu mövsüm "Real"ın heyətində 22 qol vuran fransalı futbolçu 2009-cu ildə Lion "Olimpik"indən Madrid klubuna 30 milyon avroya transfer olunmuşdu. Benzema həmin vaхtdan "Real" formasını 242 dəfə geyinərək 124 qola imza atıb.
İddialara görə, "Mançester Yunayted" bu transfer üçün "Real"a 55 milyon avro təklif edib. İspaniya klubunun bu təklifə hansı cavabı verəcəyi maraqla gözlənilir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər