Azərbaycan Kubokunda paytaxt-əyalət finalı

Azərbaycan Kubokunda paytaxt-əyalət finalı

Azərbaycan Kubokunun finalında paytaxt və əyalət klubları qarşılaşacaq. Fanat.az xəbər verir ki, buna bu gün keçirilən 1/8 finalın oyunlarından sonra aydınlıq gələcək.

Belə ki, 1/4 finala 4 paytaxt, 4 əyalət klubu vəsiqə qazanıb. Bu mərhələdə Bakı və bölgə klubları öz aralarında oynayacaqlar. "İnter" - "Neftçi" cütünün qalibi yarımfinalda "Rəvan" - "Bakı", "Qəbələ" - "Qarabağ" cütünün qalibi isə "Araz" - "Xəzər Lənkəran" cütünün qalibi ilə qarşılaşacaq. Bu isə finala bir Bakı və bir əyalət klubunun vəsiqə qazanacağı deməkdi.

Qeyd edək ki, 1992, 1995, 1996, 1997, 1999, 2002, 2004, 2008, 2009, 2010, 2011, 2013-cü illərdə finalda paytaxt və əyalət, 1993, 1994, 1998, 2000, 2006, 2007-cü illərdə əyalət, 2001, 2005, 2012-ci illərdə isə paytaxt klubları qarşılaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər