Şahmat üzrə klublarası Avropa çempionatı davam edir. Fanat.az xəbər verir ki, yarışda iştirak edən Azərbaycan komandalarının çıxışları hələ ki, uğurlu alınır.
II turda "SOCAR Azerbaijan" "Moskva Yığması"na qarşı oynayıb. Qarşılaşma təmsilçimizin 5:1 hesablı qələbəsi ilə nəticələnib. Azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov oyun günündə müvafiq olaraq Yan Nepomnyaşşiy və Daniil Dubovu məğlub ediblər.
"Odlar Yurdu"nun qurbanı isə Belçikanın "Eynaten" klubu olub. Qədir Hüseynov və Nicat Məmmədovun qalib gəldikləri görüş komandamızın 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 2 turdan sonra hər iki kollektivimiz itkisiz irəliləyir və aktivlərində hərəyə 4 xal var.
Fanat.az