Azərbaycan İslamiadada neçə paralimpiyaçı ilə təmsil olunacaq?

Azərbaycan İslamiadada neçə paralimpiyaçı ilə təmsil olunacaq?

Avqustun 2-də Azərbaycan Milli Paralimpiya Komitəsində (AMPK) Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək paralimpiyaçılar ilə görüş olub.

Fanat.Az xəbər verir ki, görüşdə komitənin prezidenti İlqar Rəhimov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Sevda Mirzəyeva, Komitənin icraçı direktoru Eldar Babayev və qurumun digər əməkdaşları iştirak ediblər.

V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi idmanın 4 növündə (atletika, üzgüçülük, kamandan oxatma, stolüstü tennis) 8 idmançı təmsil edəcək. Atletlərimizin 5-i kişi və 3-ü qadındır.

Qeyd edək ki, “Konya-2021” V İslam Həmrəyliyi Oyunları avqustun 9-18-də keçiriləcək. Azərbaycan milli Paralimpiya komandası avqustun 8-də Türkiyəyə yola düşəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər