2 gün əvvəl Bakıda dəm qazından boğularaq ölən 27 yaşlı gəncin tanınmış idmançı olduğu məlum olub. Fanat.az xəbər verir ki, Nərimanov rayonu ərazisində, Hidayətzadə küçəsi 7/23, mənzil 7-də bədbəxt hadisə nəticəsində dünyasını 1986-cı il təvəllüdlü Quliyev Roman Muradxan oğlu kikboksinq üzrə Azərbaycan çempionu imiş.
Mərhumun dostu, əlbəyaxa döyüş üzrə 3 qat dünya çempionu Anar Süleymanov bildirib ki, Azərbaycan çempionu, dəfələrlə beynəlxalq turnirlərin qalibi, dünya çempionatının bürünc mükafatçısı olan Roman Quliyev dekabrın 28-nə keçən gecə hamamda olarkən keçinib. Bu gün Quliyevin 3 mərasimidi.
Verilən məlumata görə, Roman Quliyev 57 kiloqram çəkidə çıxış edirmiş. Onun qardaşı Rolan Quliyev də peşəkar kikboksçudu. Hər iki qardaş dünya çempionatı və digər mötəbər turnirlərin iştirakçısıdı.
Lent.az