"AZAL Arena"nın hazırkı süni örtüyü yayda dəyişdirilməli idi. Çünki hazırkı qazonun istismar müddəti çoxdan başa çatıb və hər mənada futbolçular üçün təhlükəlidi.
Lakin rekord.az-a daxil olan məlumata görə, qazon bu yay da dəyişdirilməyə bilər. Buna səbəb AZAL-da yaşanan maliyyə problemidir. Futbolçuların mart ayının maaşını güclə verən, aprel və mayı hələ də verə bilməyən rəhbərliyin indi stadion haqda düşünməyə halları yoxdu. Odu ki, bu məsələ ikinci plana keçib.
Fanat.az