AZAL "kənar əşya"nın qurbanı oldu

AZAL "kənar əşya"nın qurbanı oldu
İK-si Topaz Premyer Liqasının VII turunda baş tutan AZAL - "Xəzər Lənkəran" matçına da qiymət verib. Fanat.az xəbər verir ki, hər iki klub cərimələnib.
"Təyyarəçilər"in cərimələnməsinə səbəb matçın 45+1-ci dəqiqəsində Oskar Klavanın sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alması olub. Buna görə Klava 1 oyunluq cəzalanıb və klubu 200 manat cərimə olunub. 
Bundan başqa qarşılaşmanın 72-ci dəqiqəsində ev sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün AZAL 2000 manat cərimə olunub.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər