FİFA dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA tərəfindən növbəti təyinat alıb. Fanat.az xəbər verir ki, Xudiyev Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 31-də Macarıstanın Debretsen şəhərinə səfər edəcək.
O, "Debretsen Arena"da keçiriləcək "Diosgyor" (Macarıstan) - "Krasnodar" (Rusiya) oyununun hakim-inspektoru olacaq.
Fanat.az