Arfi İsayevlə Saşa Yunisoğlunun çıxış etdiyi "Dənizlispor" adını rəsmən dəyişdirib. Fanat.az xəbər verir ki, Dənizli klubu bundan sonra "Tekden Denizlispor" adlanacaq.
Bu gün klubla Özəl Tekden Xəstəxanası arasında ad haqqı və forma sponsorluğu ioə bağlı müqavilə imzalanıb. "Dənizlispor" adını və forma reklamını xəstəxanaya 3.6 milyon lirəyə (təxminən 1.8 milyon manat) satıb. Anlaşmanın müddəti 3 ildi.