Ariflə Saşa qaldığı yerdən...

Ariflə Saşa qaldığı yerdən...
Ötən gün işıqlandırma sistemində problem yarandığı üçün 56-cı dəqiqədə dayandırılan "Dənizlispor" - "Samsunspor" matçı bu gün davam etdirilib. Fanat.az xəbər verir ki, matç 56-cı dəqiqədən başlayıb.
Ötən gün 1:0-lıq üstünlük əldə edən "Dənizlispor" bu gün daha bir qol vurub. Lakin Dənizli təmsilçisi oyunun sonlarında 2 qol buraxaraq meydandan 2:2 hesablı bərabərliklə ayrılıb.
Dünən Arif İsayevlə Saşa Yunisoğlu start heyətində meydana çıxmışdı. "Dənizlispor"un baş məşqçisi Serdar Dayat Saşanı sonadək meydanda saxlayıb, Arif isə Cihan Özkaymak əvəzləyib. O, meydana çıxandan sonra qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər