Arif və Saşa oynadı, matç yarımçıq dayandırıldı

Arif və Saşa oynadı, matç yarımçıq dayandırıldı

Türkiyə PTT Birinci Liqasında IV oyunları keçirilir. Fanat.az xəbər verir ki, azərbaycanlı futbolçuların çıxış etdiyi “Denizlispor” klubu növbəti matçına çıxıb.

Millimizin yarımmüdafiəçisi Arif İsayev və müdafiəçi Saşa Yunisoğlunun heyətində yer aldığı bu komanda evdə “Samsunspor”la qarşılaşıb. Yeni baş məşqçi Serdar Dayat hər iki futbolçumuzu start heyətdə meydana buraxıb.

 

 

Lakin həmyerlilərimizin bəxti gətirməyib. Belə ki, görüşün 56-cı dəqiqəsində "Dənizli Atatürk" stadionunun işıqlandırma sistemində problem yaranıb. Problem aradan qaldırılmayınca hakim görüşün yarıda saxlanılmasına qərar verib. Qarşılaşmanın qalan 34 dəqiqəsi bu gün Bakı vaxtilə 19:00-da başlayacaq.

Qeyd edək ki, “Denizlispor” hazırda 3 xalla 15-ci pillədə qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər