“Araz” ilk rəsmi ev oyununda qələbə qazandı

“Araz” ilk rəsmi ev oyununda qələbə qazandı

Naxçıvan təmsilçisi “Araz” bu gün I divizionun ikinci turu çərçivəsində İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika stadionunda Şəmkirin eyniadlı komandasını qəbul edib. Fanat.az xəbər verir ki, matç 16.00-da Ramil Diniyevin start fiti ilə başlayıb.  

18-ci dəqiqədə Naxçıvan təmsilçisinin yarımmüdafiəçisi Əlimirzə Daşzərini hesabı açmağa müvəffəq olub - 1:0. İlk hissədə Əlimirzənin qoluna şəmkirlilər cavab verilmədiyindən "ev sahibləri" fasiləyə üstün durumda yollanıb. İkinci hissə başlayan kimi hücuma atılan naxçıvanlılar 59-cu dəqiqədə Bəxtiyar Soltanovun qolu sayəsində hesabı 2:0-a çatdırıblar. 71-ci dəqiqədə Bəxtiyar dublunu rəsmiləşdirib - 3:0. Matçın son dəqiqəsində naxçıvanlıların müdafiəsini yaran Nurlan İbrahimov hesab arasındakı fərqi ikiyə endirib. İki oyundan maksimum nəticə əldə edən “Araz” xal ehtiyatını 6-ya çatdırıb və liderlər sırasında öz mövqeyini möhkəmlədib. 

Bundan əlavə, bu gün "Qaradağ Lökbatan" "Karvan"ı, "Ağsu" isə səfərdə "Lokomotiv"i 1:0 hesabı ilə məğlub edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər