Aqil Nəbiyevdən şad xəbər

Aqil Nəbiyevdən şad xəbər
"Rəvan" AZAL-la oyunun hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, komanda "Bayıl Arena"da məşq keçir.
Baş məşqçi Vladislav Qədirovun rəhbərliyi altında gündə 1 dəfə olmaqla keçirilən məşqlərdə futbolçular müxtəlif təmrinləri yerinə yetirir. Məşqlər daha çox taktiki-texniki yöndə olur. Toplu çalışmaların üstünlük verildiyi hazırlıqlarda zədəli 2 futbolçudan - Tofiq Mikayılov və Elvin Həsənəliyevdən başqa hamı iştirak edir. 
"Qəbələ" ilə oyundan əvvəl isinmə hərəkətləri zamanı xəsarət alıb meydana çıxa bilməyən Aqil Nəbiyev də ümumi qrupda məşqləri davam etdirir. Komandanın həkiminin sözlərinə görə, Aqilin AZAL-la oyunda meydana çıxması üçün heç bir problem yoxdu.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər