Kitabında Fatih Terimlə bağlı ilginc xatirələrini paylaşan Karlo Ançelotti Türkiyədə mətbuat konfransı keçirib. Fanat.az xəbər verir ki, bu gün "Qalatasaray"la qarşılaşacaq "Real"ın baş məşqçisinə bu sözləri barədə də sual verilib.
İtalyan mütəxəssis bir jurnalistin "Terimin üzünə necə baxacaqsınız" sualına belə cavab verib: "Fatih Terimlə aramda heç bir problem yoxdu. O da çox yaxşı komandalarda çalışıb. Etik cəhətdən üz-üzə baxmağın problem olacağını düşünmürəm. Təbii ki, qarşılaşanda danışacağıq".
Qeyd edək ki, Ançelotti Terimin seks düşkünü olduğunu deyib: "Fatih Terim Adriano Qallianinin ("Milan"ın vitse-prezidenti) əksinə çox az yemək yeyirdi. Həm də Terim bir "Big Brother" (Realiti şou) xəstəsi idi. Özəlliklə Qallianini süfrədə yalnız qoyub otağına qaçır və televiziya qarşısında oturub "Big Brother" izləyirdi. Evdəki insanların sekslə məşğul olub-olmadıqları ilə maraqlanırdı. Gözlənildiyi kimi sonra "Milan" onu yola saldı. Hər hansı bir riski ortadan qaldırmaq üçün klubla müqavilə imzalayan kimi sağ əlimi havaya qaldırıb, sol əlimi ürəyimin üstünə qoyub bu sözləri dedim: "Milan"ı hər zaman "Big Brother"in hər hansı bir iştirakçısından daha çox düşünəcəyimə bütün qəlbimlə and içirəm".
Fanat.az