Çempionlar Liqasının qrup mərəhələsi çərçivəsində baş tutacaq "Qalatasaray" - "Real" matçı öncəsi qalmaqal yaşana bilər. Fanat.az xəbər verir ki, Madrid klubunun baş məşqçisi Karlo Ançelottinin öz gündəliyində Fatih Terim haqda maraqlı xatirələri ortaya çıxıb.
İtalyan mütəxəssis gündəliyində türkiyəli həmkarı haqda bunları paylaşıb: "Fatih Terim Adriano Qallianinin ("Milan"ın vitse-prezidenti) əksinə çox az yemək yeyirdi. Həm də Terim bir "Big Brother" (Realiti şou) xəstəsi idi. Özəlliklə Qallianini süfrədə yalnız qoyub otağına qaçır və televiziya qarşısında oturub "Big Brother" izləyirdi. Evdəki insanların sekslə məşğul olub-olmadıqları ilə maraqlanırdı. Gözlənildiyi kimi sonra "Milan" onu yola saldı. Hər hansı bir riski ortadan qaldırmaq üçün klubla müqavilə imzalayan kimi sağ əlimi havaya qaldırıb, sol əlimi ürəyimin üstünə qoyub bu sözləri dedim: "Milan"ı hər zaman "Big Brother"in hər hansı bir iştirakçısından daha çox düşünəcəyimə bütün qəlbimlə and içirəm".
Fanat.az