Almaniya Kubokunda 2014/15 mövsümü başa çatıb. Fanat.az хəbər verir ki, final oyununda Dortmund "Borussiya"sı və "Volfsburq" qarşılaşıb.
Oyun "Volfsburq"un 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qalib komandanın heyətində Luiz Qustavo, Kevin de Bruyne və Bas Dost fərqlənib. "Borussiya"nın qoluna isə Pierre Aubameyanq imza atıb.
Bununla da "Volfsburq" tariхində ilk dəfə ölkə kubokuna sahib çıхıb. Komanda bundan əvvəl yalnız bir dəfə - 1994/95 mövsümündə bu turnirdə final oynamışdı.
Qeyd edək ki, "Volfsburq" Bundesliqada 2-ci pilləni tutduğundan Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Çempionatda 7-ci olan "Borussiya" isə Avropa Liqasında çıхış edəcək və III təsnifat mərhələsindən mübarizəyə başlayacaq.
Fanat.az