Alman klubunda seks qalmaqalı – FOTO

Alman klubunda seks qalmaqalı – FOTO

Almaniyanın “Herta” klubunun futbolçularının adı seks qalmaqalında hallanır. Fanat.az xəbər verir ki, 5 futbolçu yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda ittiham edir.

“BZ” qəzeti adı açıqlanmayan qızın açıqlamalarını yayımlayıb. 16 yaşlı qız 5 futbolçu ilə yaşadığı hər şeyi qəzetə danışıb. Futbolçulardan birinin evli olduğunu bildirən qız onunla bacısı birinci mərtəbədə oynayarkən uşaq otağında sevişdiklərini bildirib.

Qəzet yazıb ki, 16 yaşlı qız futbolçulardan biri ilə bu ilin 25 aprelində “Hetra”da keçirilən imza günündə tanış olub. Daha sonra həmin futbolçu qızın nömrəsini iki komanda yoldaşına verib. “BZ” futbolçuların ona yazdıqları mesajları yayımlayıb. Mesajlardan bəzilərində futbolçuların qıza 1000 avro təklif etdiyi və müxtəlif cinsi fantaziyaları gerçəkləşdirmək istədikləri görünür. Hətta onlardan biri qızdan çılpaq fotolarını istəyib. Bir başqası isə cinsi orqanının fotosunu göndərib.

Qəzetə açıqlama verən qız futbolçulardan birinə 19 yaşında olduğunu bildirdiyini deyib. Hətta oyunçu ondan pasportunu istəyib, lakin qız göstərməyib. “İndi çox utanıram”, deyə adı açıqlanmayan qız bildirib.

“Herat” rəhbərliyi məsələ ilə bağlı açıqlama verməkdən imtina edib. “BZ” qəzeti isə futbolçuların adlarını açıqlamayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər