"Milan" - "Napoli" oyununda penaltidən yararlana bilməyən Mario Ballotelliyə komandanın baş məşqçisi Massimiliano Alleqri matçdan sonra öz iradlarını çatdırıb. Fanat.az xəbər verir ki, Alleqri oyundan sonra mətbuata bunları bildirib:
"Oyun zamani hakimlə mubahisə etmək nəticəyə heç bir təsir göstərməyəcək. Bu halda susub ordan getmək lazımdı. Amma ümumi olaraq Balotellinin oyunu müsbət təsir bagışladı".
Alleqri bir necə oyunçunun zədəli oldugunu da dilə gətirib: "Napoli" cempionluga iddialı klubdu. Bəzi əsas oyunçularımızın olmamasına baxmayaraq, rəqiblə eyni səviyyədə oynadıq. Buna görə komandaya təşəkkür düşür".