Bu gün Rusiya Premyer Liqasında 9-cu turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi “Rubin” “Tomsk”la qarşılaşıb.
Kurban Berdiyev Ruslana bu dəfə də şans verməyib. Daha doğrusu, zədəli olan futbolçumuzun adı oyunun iştirak ərizəsinə salınmayıb. Hesabı açmasına rəğmən, uduzan tatarlar (1:2) öz meydanında mövsümün ilk yenilgisini alıb.
Qeyd edək ki, “Rubin” geridə qalan 9 turda 12 xal toplayıb və 8-ci pillədə qərarlaşıb.
Fanat.az