Rusiya Premyer Liqasında X turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Ruslan Abışovun çıxış etdiyi "Rubin" "Dinamo"u qəbul edib.
Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. "Rubin"in baş məşqçisi Kurban Berdiyevin Ruslana bu dəfə də şans verməyib. Futbolçumuz matçın iştirak ərizəsində yer alsa da, sonadək ehtiyatda qalıb.
Qeyd edək ki, "Rubin" geridə qalan 10 turda 13 xal toplaya bilib və 10-cu pillədə qərarlaşıb.