Abdullayev Macarıstana, Qurbanov Avstriyaya gedir

Abdullayev Macarıstana, Qurbanov Avstriyaya gedir

Azərbaycan yığmasının məşqçiləri Elxan Abdullayev və Mahmud Qurbanov bu həftə iş başında olacaqlar. 

Fanat.az xəbər verir ki, Robert Prosineçkinin köməkçiləri “Qəbələ” və “Kəpəz” klublarının Avropa Liqasının ikinci təsnifat mərhələsindəki ilk görüşlərini izləyəcəklər.

 

Belə ki, Elxan Abdullayev Macarıstanda baş tutacaq MTK – “Qəbələ”, Mahmud Qurbanov isə Avstriyada keçiriləcək “Admira” - “Kəpəz” oyununu izləyəcək.

 

Qeyd edək ki, hər iki qarşılaşma iyulun 14-də keçiriləcək.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər