AÇ: Azərbaycanın iki bədii gimnastı finalda

AÇ: Azərbaycanın iki bədii gimnastı finalda

Azərbaycanın bədii gimnastları Zöhrə Ağamirova və Arzu Cəlilova İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Avropa çempionatında çoxnövçülükdə finala vəsiqə qazanıblar.

Fanat.Az xəbər verir ki, təsnifat mərhələsində Ağamirova 94.400 balla 8-ci, Cəlilova isə 92.700 balla 11-ci olub.

Bundan başqa, Ağamirova gürzlə hərəkətlərdə hakimlərdən 31.200 bal alaraq 7-ci yerin sahibi kimi həlledici raunda adlayıb. Cəlilova isə lentlə hərəkətlərdə 30.400 bala layiq görülüb. O, 8-ci yeri tutaraq finala yüksəlib.

Qeyd edək ki, Zöhrə Ağamirova daha əvvəl topla hərəkətlərdə finala çıxıb. Gənclər arasında mübarizə aparan Kamilla Qafarova isə lentlə hərəkətlərdə bürünc medal qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər