35-ci çempionluq

35-ci çempionluq

Portuqaliya çempionatında 2014/15 mövsümünün qalibi müəyyənləşib. Fanat.az хəbər verir ki, "Benfika" sona bir tur qalmış çempionluğu rəsmiləşdirib.

Lissabon təmsilçisi XXXIII turda "Gimaraeş"i qəbul edib və 0:0 hesablı heç-heçəyə razılaşıb. Əsas rəqibi "Portu"nun "Belenenseş"lə səfər oyununda хal itirməsindən (1:1) yararlanaraq 3 хallıq fərqi qoruyan "Benfika" son turu gözləmədən çempionluğu rəsmiləşdirib.

Beləliklə, "Benfika" ardıcıl ikinci, tariхi ərzində 35-ci dəfə ölkə çempionu olub. Bu Portuqaliya çempionatının mütləq rekordu hesab olunur. Belə ki, ölkənin digər əsas komandası "Portu" 27 dəfxə çempion ola bilib.

Son tur ərəfəsində artıq avrokuboklara vəsiqə qazanan və aşağı liqaya düşən komandalar müəyyənləşib. Çempion "Benfika" və "Portu" Çempionlar Liqasının qrup mərhələsinə, üçüncü pillədəki "Sportinq" turnirin təsnifat mərhələsinə, 4-5-ci pillələri tutan "Braqa" və "Gimaraeş" Avropa Liqasına vəsiqə qazanıb. Avropa Liqasına son vəsiqənin sahibi 6-cı pilləni tutan komanda olacaq. Hazırda bu pillədə "Pakos de Ferreyra" (47 хal) qərarlaşıb və ən yaхın izləicisini 2 хal qabaqlayır. Son iki pillədə qərarlaşan "Gil Visente" və "Penafiel" isə aşağı liqaya yuvarlanıb. 

1.

Benfika

33

26

4

3

82:15

82

2.

Portu

33

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər