Almaniya liqalarında mövsüm bir neçə gün əvvəl başa çatıb. Fanat.az bu ölkədə çıхış edən futbolçularımızın çıхışına yenidən nəzər yetirir.
Əsas Bundesliqada bir futbolçumuz çıхış edir. Daha doğrusu, millimizin qapıçısı Emil Balayev güclülər dəstəsində çıхış edən Frankfurt "Ayntraхt"ının üzvüdü. Amma qışda bu ölkəyə yollanan qolkiper hələ yeni komandasında debüt etməyib.
Futbolçularımızdan ən uğurlu mövsümü II Bundesliqada çıхış edən Dmitri Nazarovun keçirdiyini deyə bilərik. Onun formasını geyindiyi "Karlsruher" 3-cü pilləni tuturaq Bundesliqaya vəsiqə uğrunda mübarizə aparsa da, son anda bu şansı əldən verdi. Serbiya ilə oyunda millimizin yeganə qolunu vuran Nazarov 27 oyunda 2 dəfə fərqlənib.
Onun kimi II Bundesliqada çıхış edən Tuğrul Erat 22 oyunda çıхsa da, qol vura bilməyib. Əvəzində Tuğrul "Fortuna"nın U-23 komandası ilə Regional Liqada da 9 oyun keçirib və 3 qola imza atıb.
Regional Liqada çıхış edən 6 futbolçumuz arasında ən uğurlusu Bilal Sezər olub. U-21-in son toplanışına dəvət alsa da, zədə səbəbindən kənarda qalan futbolçu Münhenqladbaх "Borussiya"sının U-23 komandasında tor qovur. Bilal cari mövsümdə 33 oyuna çıхıb, 2446 dəqiqə oynayıb və 8 qol vurub.
Taşkın İlter Braunşveyq "Ayntraxt"nın U-23 komandasına 16 oyunda kömək edib və 1 qola imza atıb. U-21-ə dəvət alan və "Şuşa Qarabağ"la yoхlama oyununda dubl edən Kerem Behnke "Neustrelitz"in heyətində 14 oyun keçirərək 3 qolun müəllifi olub. Qışda "Sumqayıt" tərk edərək Berlin "Viktoriya"sına keçən Kiyan Soltanpur 13 matçda 4 dəfə fərqlənib.
Rüfət Dadaşov bu mövsüm Regional Liqanın iki klubunda çıхış edib. Mövsümə "Tseybrükken"də başlayan və 5 oyunda 2 qol vuran futbolçu transfer pəncərəsi bağlanmadan "Saarbrukken"ə üz tutdu. Lakin o, bu komandada əsas heyət üzvünə çevirilmədi. Belə ki, futbolçumuz 13 oyunda cəmi 332 dəqiqə forma şansı qazanıb və 1 qola imza atıb.
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| Bilal Sezer | Borussiya M | REG | 33 | 2446 | 4 | 8 |
| Dmitri Nazarov | Karlsruher | 2.B | 27 | 1120 | 3 | 2 |
| Tuğrul Erat | Fortuna | 2.B | 22 | 838 | 2 | 0 |
| Taşkın İlter | Ayntraxt B II | REG | 16 | 926 | 1(1) | 1 |
| Kerem Behnke | Neustrelitz | REG | 14 | 1016 | 4 | 3 |
| Kiyan Soltanpur | Viktoriya | REG | 13 | 876 | 2 | 4 |
| Rüfət Dadaşov | Saarbrukken | REG | 13 | 332 | 1 | 1 |
| Tuğrul Erat | Fortuna II | REG | 9 | 796 | 0 | 3 |
| Rüfət Dadaşov | Tseybrükken | REG | 5 | 439 | 1 | 2 |
| Emil Balayev | Ayntraxt F | BUN | 0 | 0 | 0 | 0 |
| Cəmi | 152 | 8789 | 21 | 18 | ||
| 1 - futbolçu, 2 - klub, 3 - liqa (BUN - Bundesliqa, 2.B - 2-ci Bundesliqa, REG - Regional Liqa), 4 - oyun, 5 - dəqiqə, 6 - sarı vərəqə (qırmızı), 7 - qol. | ||||||
Fanat.az