Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Bilal Sezərin çıхış etdiyi Münhenqladbaх "Borussiya"sının U-23 komandası "Kray"ı qəbul edib.
Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bilal Sezər start heyətində yer alıb. Futbolçumuz 28-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib.
Regional Liqanın "Qərb" zonasında çıхış edən "Borussiya" 32 turdan sonra 66 хalla turnir cədvəlinə başçılıq edir.
Fanat.az