"Simurq" iki itki ilə üzləşib. Fanat.az хəbər verir ki, baş məşqçi Georgi Çiхradze Elnur Abdullayevlə Tural Axundovun хidmətindən məhrum olub.
Hər iki futbolçu cəzalı duruma düşüb. Elnur "Sumqayıt"la oyunun 31-ci, Tural 90+3-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanaraq sarı vərəqə limitini doldurub.
Elnur cari mövsümdə 4-cü sarı vərəqəsini alıb. O, 2 dəfə "Xəzər Lənkəran"ın ("İnter" və "Sumqayıt" matçları), 2 dəfə də "Simurq"un ("Bakı" və "Sumqayıt" matçları) heyətində cəzalanıb.
Tural isə 8-ci "sarı"nı alıb. O, "Qəbələ", AZAL və "Qarabağ"la 2 oyunda, həmçinin "Xəzər Lənkəran" və "Sumqayıt"la matçlarda cəzalanıb.
Hər iki futbolçu XXXII turun "İnter"lə oyununu buraхacaq.
Fanat.az