2014/15 mövsümündə neçə dubl qeydə alınıb?

2014/15 mövsümündə neçə dubl qeydə alınıb?

Topaz Premyer Liqasının 2014/15 mövsümündə qeydə alınan dublların sayı müəyyənləşib. Fanat.az-ın hesablamalarına görə, 36 turda 38 dubl qeydə alınıb.

Ən çoх dubl "Qarabağ"la "İnter"in payına düşür. Ağdam və Bakı klublarının oyunçuları 8 dəfə bir matçda 2 qola imza atıb. "Simurq"da bu say 5-di. "Qəbələ" 4, AZAL 3, "Neftçi", "Sumqayıt" və "Bakı" 2, "Xəzər Lənkəran"la "Araz Nafxçıvan" 1 dəfə dubla sevinib. 

Ən çoх dubl "Bakı" ilə oyunlarda edilib. Paytaхt klubunun qapısına 12 dəfə bir futbolçu 2 qol vurub. "Sumqayıt"la "Xəzər Lənkəran" 5, "Simurq"la "Neftçi" 4, AZAL-la "Qəbələ" 3, "Araz Naxçıvan"la "İnter" 1 dəfə dubla üzülüb. Heç bir futbolçu "Qarabağ"ın qapısına bir oyunda 2 qol vurmayıb.

Ən çoх dubl müəllifi olan futbolçular Reynaldo Silva, Mikel Alvaro və Draqan Çerandı. "Qarabağ", "İnter" və "Simurq"un oyunçuları 3 dəfə bir oyunda 2 qola sevinib. "Qarabağ"ı qış fasiləsindən əvvəl tərk etmiş İnnosent Emeqara, Ağdam klubunda çıxışını davam etdirən Muarem Muarem, "İnter"dən Baçana Tsxadadze, "Bakı"dan Nurlan Novruzov və AZAL-dan Freddi Mombonqo 2 dəfə komandasını 2 qola sevinidirib. David Canalidze, Dodo, Junior Nildo, Nikolas Kanales, Leroy Corc, Ruslan Qurbanov, Orxan Əliyev, Tomi Kostadinov, Rəşad Eyyubov, Samir Zərgərov, Riçard Almeyda, Əfran İsmayılov, Ağabala Ramazanov, Viktor Mendi, Cavid Hüseynov, Sezar Meza Kolli, Arif Daşdəmirov, Məhəmməd Qurbanov və Ekiqo Ehiosun 1 dəfə dubl müəllifi olub.

Qeyd edək ki, limit pozulduğu üçün "Qarabağ"ın 3:0 hesablı qələbəsi ləğv olunduğu və "Sumqayıt"a eynihesablı teхniki qələbə verildiyi "Sumqayıt" - "Qarabağ", həmçinin "Araz Naхçıvan" çempionatdan çıхğıdı üçün nəticələri ləğv olunan "Araz Naxçıvan" - "Neftçi" və "Qarabağ" - "Araz Naxçıvan" oyunlarındakı dubllar da nəzərə alınıb.

I tur

Sumqayıt - Qarabağ 0:3 (texniki qələbə - 3:0)

Reynaldo Silva, 34; 85 (Qarabağ).

İnter - Qəbələ 4:0

Mikel Alvaro, 15; 71 (İnter).

Araz Naxçıvan - Neftçi 3:0

David Canalidze, 52; 90+4 (Araz Naxçıvan).

III tur

İnter - Sumqayıt 5:1

Mikel Alvaro, 44; 90+2 (İnter).

V tur

Simurq - Qəbələ 1:2

Dodo, 68; 80 (Qəbələ).

VI tur

İnter - Bakı 7:0

Junior Nildo, 10; 19 (İnter). Baçana Tsxadadze, 44; 49 (İnter).

IX tur

Qarabağ - Xəzər Lənkəran 3:2

İnnosent Emeqara, 19-pen; 29 (Qarabağ).

XI tur

Qarabağ - Araz Naxçıvan 4:0

Reynaldo Silva, 50; 62-pen (Qarabağ).

Neftçi - AZAL 4:0

Nikolas Kanales, 71; 85 (Neftçi).

XII tur

Bakı - Qarabağ 2:4

İnnosent Emeqara, 6; 15 (Qarabağ).

İnter - Xəzər Lənkəran 3:1

Mikel Alvaro, 20; 74 (İnter).

XIII tur

Qəbələ - Simurq 2:3

Draqan Çeran, 79; 83 (Simurq).

XIV tur

Simurq - Qarabağ 2:3

Leroy Corc, 55; 74 (Qarabağ).

XVI tur

Neftçi - Sumqayıt 3:2

Ruslan Qurbanov, 51; 73 (Neftçi) - Orxan Əliyev, 34; 64 (Sumqayıt).

XVII tur

Xəzər Lənkəran - Qarabağ 2:3

Muarem Muarem, 7; 63 (Qarabağ).

Bakı - AZAL 1:3

Tomi Kostadinov, 42; 45 (AZAL).

XVIII tur

Simurq - Bakı 5:2

Rəşad Eyyubov, 16; 42 (Simurq) - Nurlan Novruzov, 14; 70-pen (Bakı).

XIX tur

AZAL - Neftçi 2:1

Freddi Mombonqo, 26; 90+2 (AZAL).

XX tur

Qarabağ - Bakı 4:1

Riçard Almeyda, 26-pen; 83 (Qarabağ).

XXI tur

Simurq - Qəbələ 2:0

Draqan Çeran, 24; 45+2-pen (Simurq).

XXII tur

İnter - Bakı 4:0

Əfran İsmayılov, 7; 39 (İnter).

XXIV tur

Xəzər Lənkəran - Bakı 2:1

Ağabala Ramazanov, 9; 79 (Xəzər Lənkəran).

XXV tur

Qəbələ - Sumqayıt 2:0

Viktor Mendi, 23; 34 (Qəbələ).

XXVI tur

Sumqayıt - Qarabağ 1:2

Reynaldo Silva, 52; 69 (Qarabağ).

Bakı - Simurq 0:3

Samir Zərgərov, 3; 74 (Simurq).

AZAL - Xəzər Lənkəran 3:1

Freddi Mombonqo, 42; 62 (AZAL).

XXVIII tur

AZAL - Qəbələ 0:4

Cavid Hüseynov (Qəbələ).

XXX tur

Simurq - Qarabağ 0:2

Muarem Muarem (Qarabağ).

Bakı - İnter 1:2

Sezar Meza Kolli (İnter).

XXXI tur

İnter - AZAL 2:0

Arif Daşdəmirov (İnter).

XXXII tur

Bakı - Xəzər Lənkəran 2:1

Nurlan Novruzov (Bakı).

XXXIII tur

İnter - Neftçi 4:0

Baçana Tsxadadze (İnter).

XXXIV tur

Simurq - Bakı 4:0

Draqan Çeran (Simurq).

XXXVI tur

Sumqayıt - İnter 3:1

Məhəmməd Qurbanov (Sumqayıt).

Qəbələ - Bakı 3:0

Ekiqo Ehiosun (Qəbələ).

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər