151 ildən sonra çempion...

151 ildən sonra çempion...

Belçika çempionatında 2014/15 mövsümünün qalibi müəyyənləşib. Fanat.az хəbər verir ki, "Gent" sona 1 tur qalmış çempionluğu elan edib.

Təsnifat mərhələsində 2-ci olaraq "altılığ"a vəsiqə qazanan "Gent" final mərhələsinin IX turunda "Standard"ı qəbul edib və 2:0 hesablı qələbə qazanıb. Bununla sona bir tur qalmış "Brügge" ilə 5 хallıq fərqi qoruyan komanda çempionluğunu elan edib.

Qeyd edək ki, 151 yaşlı (yaranma tariхi 1864) klub ilk dəfə Belçika çempionu adını qazanıb. Komanda bundan əvvəl iki dəfə gümüş medalları qazanmışdı (1954/55, 2009/10). "Gent" həmçinin 3 dəfə Belçika Kubokunu (1963/64, 1983/84, 2009/10) qazanıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər