AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində dünən Estoniya ilə "sülh" bağlayan (0:0) San Marino ilklərə imza atıb. Fanat.az xəbər verir ki, "cırtdan" ölkə yığması ilk dəfə Avropa çempionatının seçmə mərhələsində xal qazanmaqla yanaşı, 15 il sonra qapısında qol görməyib.
San Marino indiyədək keçirdiyi 60 Avropa çempionatının seçmə mərhələ matçının hamısında məğlub olmuşdu. Bundan başqa komanda 2001-ci ildən sonra ilk dəfə rəsmi oyunda xal qazanıb. Onlar sonuncu dəfə dünya çempionatının seçmə mərhələsində xala sevinmişdi.
Qeyd edək ki, San Marino tarixində oynadığı 124 matçdan sadəcə 4-də qapısında qol görməyib.
Fanat.az