Çempionlar Liqasında "Napoli"yə 1:2 hesabı ilə uduzan Dortmund "Borussiya"sının baş məşqçisi Yurgen Klopp dördüncü hakimə sərt şəkildə etiraz etdiyindən texniki zonadan uzaqlaşdırılıb. Fanat.az xəbər verir ki, alman mütəxəssis oyundan sonra üzr istəyib.
"İndi bilirik ki, "Napoli"ni yenə bilərik. Bu matçda bir çox şey yalnış oldu, mənim texniki zonadan kənarlaşdırılmağım da. Çox axmaqlıq etdim, bunu qəbul edirəm. Meymun kimi davrandım", deyə Klopp bildirib.