- Salam, Georgi Nikolayeviç. Təbrik edirəm, "İnter" də qələbə qazandı! Yəqin yadınızdan çıxmışdı sonuncu dəfə 3 xalı aktivinizə yazdırdığınız.
- Təşəkkür edirəm. Bu uğursuzluğa əvvəl-axır son qoyulmalı idi. Sevinirəm ki, heç-heçə sindromundan "Xəzər Lənkəran" kimi güclü rəqiblə görüşdə qurtula bildik.
- "İnter" daim ambisiyaları ilə seçilib. Bu cür baş məşqçisi olan komandanın daim zirvə uğrunda mübarizə aparması təbiidir.
- Kaxaber Tsxadadze olduqca istedadlı məşqçidi. Onun peşəkarlığına heç kimin şübhəsi yoxdu. Tsxadadzenin əməyinin bəhrəsidir ki, cənubluları əliboş yola saldıq.
- Peşəkarlıq dedikdə, tərbiyəsiz hərəkətini nəzərdə tutursunuz?
- Onun bu hərəkətinə bəraət qazandırmıram. Sadəcə, nəzərə alın ki, o, qafqazlıdı.
- Anlamadım, necə yəni qafqazlıdı? Məgər qafqazlılar tərbiyəsiz olur? Erməniləri bilirik, gürcülərə nə oldu?
- Yox, demək istəyirəm ki, sizlər çox emosionalsınız.
- Georgi Nikolayeviç, Qafqazda onun etdiyi jestə görə... Təsəvvür edirsiniz, insanın başına hansı oyunu açarlar? Bunu Rusiyada, Bolqarıstanda, hansısa Mərkəzi, Qərbi Avropa ölkəsində edə bilərlər. Qafqazda isə...
- Bu məsələni niyə bu qədər qabardırsınız axı? Nəyə görə kimsə İŞİD-dən dəm vuranda üstünə getmirsiniz, "İnter"in baş məşqçsinin hansısa bir əl hərəkətini bu qədər qabardırsınız?
- Biz İŞŞİD məsələsində də mövqeyimizi ortaya qoymuşuq, indi də istəyirik ki, xalqımıza qarşı tərbiyəsizlik edilməsin. Buna görə də klub prezidenti kimi Sizin məsələyə münasibətinizi bilmək istəyərdik.
- Nə deyim e? Özün bilirsən axı, hər şeyi.
- Cahangir Hacıyevin Tsxadadzeyə olan münasibətini nəzərdə tutursunuz?
- Bilirsən nə var?! Hacıyev azərbaycanlıdı, qafqazlıdı. Sən də qafqazlısan, Tsxadadze də. Özün də deyirsən ki, ədəbsiz jestə görə qafqazlılar baş kəsir. Mən bolqaram e, avropalıyam. Bizlərdə baş kəsmirlər.
- Daha doğrusu, Avropada pambıqla baş kəsirlər...
- Əzizim, Tsxadadzeyə təpki göstərmək iqtidarında deyiləm, vəssəlam!
- "Oyuncaq" filminə baxmısınız?
- Baxmışam. Nə demək istəyirsən ki?
- İmkanınız olsa, bir də baxın. Baş qəhrəman böyük pullar qarşılığında belə oyuncaq olmaqdan imtina edir. Şirin yuxular, Georgi Nikolayeviç.
Fanat.az