Vilya “Barsa”ya qol vurdu, Neymar başladı – VİDEO

Vilya “Barsa”ya qol vurdu, Neymar başladı – VİDEO

İspaniya Super Kubokunun ilk oyunu keçirilib. Fanat.az xəbər verir ki, son çempion “Barselona” və kubokun sahibi “Atletiko” arasında ilk qarşılaşma Madriddəki “Visente Kalderon” stadionunda baş tutub.

Hesabı 12-ci dəqiqədə meydan sahiblərindən David Vilya açıb. Ötən mövsüm “Barselona”da çıxış edən ispan forvard sabiq komandasını məyus edib. 66-cı dəqiqədə isə Neymar tarazlığı bərpa edib. Bu braziliyalının İspaniya klubunda ilk rəsmi qolu olub.

Komandalar arasında cavab matçı bir həftə sonra “Nou Kamp”da keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər