Venesuelada teleaparıcı Yuvi Palyaras canlı efirdə lüt soyunub. Fanat.az xəbər verir ki, Yuvi bu addımı Venesuela futbolçularının Amerika Kuboku çərçivəsində Kolumbiya millisini 1:0 hesabı ilə yendiyinə görə atıb. O, turnirin əvvəlində komandasının qələbə çalacağı təqdirdə canlı efirdə soyunacağına söz vermişdi.
Qeyd edək ki, teleaparıcının canlı efirdə soyunması ilk deyil. O, may ayının 1-də də soyunaraq efirdə demişdi ki, İspaniyanın “Real Madrid” futbol klubunun portuqaliyalı ulduzu Kriştiano Ronaldo çilili model Daniele Çaveslə görüşür.
Yuvi Palyaras efirdə məhz Ronaldo üçün soyunduğunu da gizlətməyib.//Aznews.az
Fanat.az