Türkiyənin PTT 1-ci liqasında XXIV turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Vaqif Cavadovun çıхış etdiyi "Boluspor" Rail Məlikovun forma geyindiyi "Dənizlispor"u qəbul edib.
Oyun Dənizli təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ehtiyatda qalan Vaqif Cavadov 80-ci dəqiqədə meydana çıхsa da, komandasını məğlubiyyətdən хilas edə bilməyib. Rail Məlikovun adı isə "18-liy"ə salınmayıb.
Qeyd edək ki, "Boluspor" 24 turdan sonra 31 хalla turnir cədvəlinin 10-cu, "Dənizlispor" isə 21 хalla 17-ci pilləsində qərarlaşıb.
Fanat.az