Ukraynalı boksçu döyüşdə öldürüldü

Ukraynalı boksçu döyüşdə öldürüldü

Ukraynalı boksçu Artyom Moşa ölkəsindəki müharibədə həyatını itirib.

Fanat.Az xəbər verir ki, bu barədə idmançının anası İrina Yeqorçenko "Facebook"da paylaşım edib.

O, oğlunun Kiyevin müdafiəsi uğrunda gedən döyüşlərdə həlak olduğunu yazıb.

Qeyd edək ki, Artyom Moşanın karyerasında ən böyük uğuru Kiyev çempionluğudur.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər