Ukrayna yığmasının sabiq müdafiəçisi Boqdan Şerşun Azərbaycandan təklif gəlib. Fanat.az xəbər verir ki, bu barədə futbolçu özü açıqlama verib.
33 yaşlı müdafiəçi bildirib ki, Azərbaycandan aldığı təklifi qəbul etməyib: "Hazırda daha çox ailəmə diqqət ayırmağa çalışıram. Amma futbolu da yaddan çıxarmıram. Xaricdən təklif gəlsə, getməyəcəm. Bu yaxınlarda menecerim Azərbaycan və Qazaxıstandan təkliflər olduğunu bildirdi. Amma mən ora getməkdə məna görmürəm".
Qeyd edək ki, Boqdan Şerşunun son iş yeri Ukraynanın "Voln" klubu olub. O, 2013/14 mövsümündə bu komandada 22 oyun keçirib və 1 qol vurub. 33 yaşlı futbolçu əvvəllər Ukraynanın "Dnepr", "Arsenal", "Krivbass" və Rusiyanın ÇSKA (Moskva) klublarında çıxış edib. Ukrayna U-21-də 25 oyun keçirən (1 qol) müdafiəçi A millinin heyətində 4 matça çıxıb.
Fanat.az