AZAL baxışa daha bir futbolçu çağırıb. Fanat.az xəbər verir ki, Tərlan Əhmədov Valeri Kutsenkonu sınayır.
27 yaşlı ukraynalı futbolçunun son iş yeri Belarusun "Minsk" klubu olub. O, bu komandanın heyətində 18 oyun keçirib və 2 qol vurub. Kutsenko əvvəllər Ukraynanın "Dnepr", "Obolon", "Krivbass" və Belarusun "Brest" klublarında çıxış edib. Yarımmüdafiəçi Ukraynanın U-17 və U-19 yığmalarının şərəfini qoruyub.
Fanat.az